Ərdoğan noyabrda Almaniyaya gedə bilər

   Ərdoğan noyabrda Almaniyaya gedə bilər
  31 Oktyabr 2023    Oxunub:935
Almaniyanın "Bild" tabloidi mənbələrə istinadən iddia edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın ortalarında Almaniyaya səfərinin təşkili müzakirə olunur. Qəzet mümkün tarixlərdən biri kimi noyabrın 18-ni qeyd edir.
Bu məsələ ilə bağlı rəsmi məlumat verilmir. Almaniya kansleri Olaf Şolz 2023-cü ilin mayında Ərdoğanı Almaniyaya dəvət edib. İndi "Bild" Ərdoğanın İsrailə qarşı son tənqidini xatırlayır və bu dəvətin nə dərəcədə məqsədəuyğun olduğunu düşünür.

Qəzet bununla bağlı Xristian Demokrat İttifaqının nümayəndəsi Yohannes Vinkelin sözlərinə istinad edir: "Əgər Almaniya özünə hörmət edirsə, indi dəvəti ləğv etməyin vaxtıdır".

Oktyabrın 28-də keçirilən mitinqdə çıxış edən Ərdoğan deyib ki, o, artıq “İsraili hərbi cinayətkar elan etmək üçün” çalışır. Eyni zamanda, HƏMAS hərəkatı Ərdoğanın fikrincə, terror təşkilatı deyil.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti