Tim Stenli: amerikalı siyasətçilər ABŞ-ni iflasa aparırlar

      Tim Stenli:    amerikalı siyasətçilər ABŞ-ni iflasa aparırlar
  31 Oktyabr 2023    Oxunub:1009
“Telegraf” nəşrinin köşə yazarı Tim Stenli ABŞ-nin hazırkı ən yüksək vəzifəli siyasi xadimlərinin daha çox “bir dəstə klouna” bənzədiklərini vurğulayıb.
AzVision.az "Telegraf" nəşrində dərc olunan məqaləyə istinadən xəbər verir ki, bu siyasətçilərin ABŞ-ni qaçılmaz iflasa aparqılarını iddia edən Tim Stenli, indiki amerika hakimiyyətinin siyasət müstəvisində tamamilə irrasional addımlar atdığını bildirib.

“Baydenin dəliliyinin, Trampın mühakimələrinin, Demokratlar Partiyasının irrasional siyasəti və Respublikaçıların hər hansı kompromisdən imtina etməsinin məcmusu indiki dünya düzəninin bir dəstə təlxəklər olduğu hissini gücləndirir”,- Stenli yazır.

Stenlinin fikrincə, ABŞ artıq iqtisadi-siyasi cəhətdən müflis olub, müstəsna şəkildə öz maraqlarını güdən elita isə ölkəni “batırmaqdan” əl çəkmir.
AzVision.az




Teqlər: Stenli   ABŞ  





Xəbər lenti