Tehran Somalidə həbsdə olan bəluc dənizçilərin taleyinə laqeyddir - VİDEO

Tehran Somalidə həbsdə olan bəluc dənizçilərin taleyinə laqeyddir -    VİDEO
  31 Oktyabr 2023    Oxunub:1010
Sistan və Bəlucistan əyaləti ilə bağlı xəbərləri işıqlandıran “Haalvsh” saytı, Somalidə həbsdə saxlanılan 40 bəluc dənizçisinin videosunu yayaraq, İran səlahiyyətlilərindən onların azad olunması üçün addım atmalarını xahiş edib.
AzVision.az “Haalvsh” saytına istinadən xəbər verir ki, sözügedən video-material həmin dənizçilərin Somalidə saxlandığı həbsxanadan göndərilib.

“Balıq tutmaq üçün iki qayıq və balıqçılıq vəsiqəsi ilə Somali sularına gedən Çabəhar və Kanarəkdən olan bu 40 bəluc dənizçi Somalinin sahil mühafizəsi tərəfindən həbs edilib. İndi, 6 ay 25 günlük işgəncə və pis şəraitdə saxlandıqdan sonra Somali məhkəməsi hər bir şəxsə 12 min dollar cərimə kəsib. İndiyədək İran səfirliyi və konsulluğunun rəsmilərindən heç biri bu bəluc dənizçilərinin vəziyyətini izləmək üçün heç bir tədbir görməyib”, - sayt yazıb.

Qeyd edək ki, əvvəlki illərdə bir neçə iranlı balıqçı Somalidə dəniz quldurları tərəfindən qaçırılıb. Onlardan bəziləri böyük məbləğdə pul ödədikdən sonra sərbəst buraxılsa da, bəziləri dəniz quldurları tərəfindən “fiziki işgəncə” verilərək öldürülüb.


AzVision.az


Teqlər: Somali   dənizçilər  





Xəbər lenti