Azərbaycan-Ermənistan sərhədindəki zavod köçürülür

   Azərbaycan-Ermənistan sərhədindəki zavod köçürülür
  31 Oktyabr 2023    Oxunub:970
"Yerasxda(Arazdəyən) tikilməkdə olan metallurgiya müəssisəsi başqa yerə köçürüləcək, lakin o, əvvəlkindən çox da uzaqda yerləşməyəcək". Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Azərbaycanla sərhəddə yerləşən Arazdəyən bölgəsində zavodun tikilməsi ilə bağlı parlamentdə jurnalistlərə danışarkən deyib.
Kerobyan qeyd edib ki, köçürülmə və tikinti prosesi davam edir.

"Biz faktiki olaraq özəl investisiyalarla məşğuluq. Tikinti şəxsi vəsait hesabına aparılır və investorlar gələcək addımlarını özləri müəyyən edirlər. Biz coğrafi mövqeyi və regional mühiti nəzərə alaraq, onlar üçün mümkün qədər faydalı olmağa çalışırıq”,- nazir bildirib.

Nazir hesab edir ki, qeyri-sabit vəziyyət Ermənistanda investisiya və iqtisadi layihələrə əngəl olmaqda davam edir. Buna görə də o və baş nazir sülh gündəminin zəruriliyində israrlıdırlar.

Zavodun sahibləri Amerikanın Virtual Funding və CESI Global Investments şirkətləridir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti