Abdullahiyan: İranın regionda vasitəçi qüvvəsi yoxdur

   Abdullahiyan:    İranın regionda vasitəçi qüvvəsi yoxdur
  31 Oktyabr 2023    Oxunub:998
İsrail Amerikanın bölgədəki müvəkkil qüvvəsidir, İranın isə bölgədə hər hansı qrupu və ya vasitəçi müharibəsi yoxdur.
AzVision.az xəbər verir ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan “CNN” telekanalına müsahibəsində İran rəsmilərinin əvvəlki mövqeyini təkrarlayaraq, HƏMAS-ın İsrailə qarşı ölümcül hücumundan ehranın xəbərsiz olduğunu söyləyib.

“HƏMAS-ın həyata keçirdiyi əməliyyat tamamilə Fələstinin qərarı idi. Məsuliyyəti özləri qəbul etdilər, qərar verdilər və hərəkətə keçdilər. İranın Fələstinə verdiyi dəstək siyasi, media və beynəlxalq dəstəkdən ibarətdir ki, İran da bunu heç vax gizlətməyib. Onlar bizdən əmr almırlar. Onlar öz maraq və mənafeləri əsasında hərəkət edirlər. Bölgə xalqı Fələstini dəstəkləyir və təbii olaraq hərəkətə keçir”, - Abdullahiyan vurğulayıb.

İranın Xarici İşlər naziri, həmçinin Amerikanın Yaxın Şərqdəki mövcudluğunu və Vaşinqtonun HƏMAS-la münaqişədə İsrailə dəstəyini tənqid edərək, Amerikanın “bölgəmizin bütün işlərinə qarışmaq” niyyətində olduğunu deyib.
AzVision.az


Teqlər: Abdullahiyan   ABŞ  





Xəbər lenti