HƏMAS komandirlərindən daha biri öldürülüb

   HƏMAS komandirlərindən daha biri öldürülüb
  01 Noyabr 2023    Oxunub:738
İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı Fələstinin HƏMAS təşkilatı ilə əlaqəli döyüş hissələrinin komandirlərindən birini öldürüb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Belə ki, söhbət İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində məhv edilən Cebaliya mərkəzi taborunun komandiri İbrahim Biaridən gedir.

Ordunun mətbuat xidməti açıqlayıb ki, Biari oktyabrın 7-də HƏMAS tərəfdarlarının İsrailə hücumunun planlaşdırılmasında aparıcı rol oynayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti