Ölkələr İsraillə əlaqələrini kəsir

   Ölkələr İsraillə əlaqələrini kəsir
  01 Noyabr 2023    Oxunub:741
Kolumbiya Prezidenti Qustavo Petro sosial şəbəkədə respublikanın İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəldiyini açıqlayıb.
Çili Prezidenti Qabriel Boriç ölkə hökumətinin də analoji qərar qəbul etdiyini deyib. “İsrailin Qəzza zolağında törətdiyi beynəlxalq humanitar hüququn qəbuledilməz pozuntularına görə Çili hökuməti olaraq Çilinin İsraildəki səfiri Xorxe Karvaxalı məsləhətləşmələr üçün Santyaqoya geri çağırmaq qərarına gəldik”, – Boriç bildirib.

Bundan başqa Boliviya hökuməti Qəzza zolağındakı hərəkətlərinə görə İsraillə diplomatik münasibətləri kəsir. Bu barədə Cənubi Amerika ölkəsinin xarici işlər nazirinin müavini Freddi Mamani bildirib. “Boliviya İsraillə diplomatik münasibətləri kəsmək qərarına gəlib”.

AzVision.az


Teqlər:





Xəbər lenti