Nərgiz Məhəmmədi: Qələbə asan deyil, amma mütləqdir
“Mən sizin hamınıza minnətdaram və son qələbəyə qədər İran xalqını dəstəkləməyinizi istəyirəm. Qələbə asan deyil, amma mütləqdir”, - məktubda deyilir.
Qeyd edək ki, hazırda həbsdə olan xanım Məhəmmədi, vəziyyəti ağırlaşmasına baxmayaraq ikinci dəfə “hicab taxmadığına” görə lazımi tibbi xidmətlərdən məhrum edilib və xəstəxanaya göndərilməyib.
Nərgiz Məhəmmədi sentyabrın əvvəllərindən bəri ikinci dəfə ağciyərlərin KT və exokardioqramması üçün xəstəxanaya göndərilmək üçün çağırılsa da, hicabı olmadığı üçün onun həbsxanadan çıxmasına icazə verilməyib.
Vətəndaş fəalı və qadın hüquqları müdafiəçisi Aliyə Mətləbzadə xanım Məhəmmədinin fiziki vəziyyətinin pis olduğunu bildirib.
AzVision.az