İran kiberməkanda İsraili dəstəkləməyi “cinayət” sayacaq
Məlumata əsasən, İsrailə məxsus platformalara istənilən xidmətin göstərilməsi və İran vətəndaşlarının kiber məkan vasitəsilə bu ölkəyə getməsinə köməklik göstərmək də bu işçi qrup tərəfindən cinayət elan edilib.
“İsraillə əlaqəli rəsmi və qeyri-rəsmi qurumlar və şəxslərlə hər hansı əməkdaşlıq, qarşılıqlı əlaqə və məlumat mübadiləsi və bu ölkə ilə bağlı real və hüquqi şəxslərlə hətta sərgilərdə iştirak üçün xidmətlər göstərmək cinayət sayılır” , - qrup bildirib.
İran hökuməti İsrailin yarandığı ilk gündən iranlılarla İsrail vətəndaşları arasında münasibətlərə xüsusi təhlükəsizlik həssaslığı ilə yanaşır. Hətta bi yanaşma elə bir həddə çatıb ki, İranın bir çox siyasi rəqibləri İsraillə bağlılıq bəhanəsi ilə həbs edilərək, ağır məhkəmə hökmlərinə və edamlara məruz qalıblar.
AzVision.az