KXDR xarici ölkələrdəki səfirliklərini bağlayır

   KXDR xarici ölkələrdəki səfirliklərini bağlayır
  01 Noyabr 2023    Oxunub:745
Şimali Koreya xarici ölkələrdəki onlarla diplomatik nümayəndəliyini bağlamağı planlaşdırır.
Pxenyan İspaniya, Honkonq və Afrika ölkələri də daxil olmaqla, diplomatik missiyalarının 25 faizini ləğv edə bilər. Artıq KXDR-in Anqola və Uqandadakı səfirlikləri bağlanıb. Eyni zamanda, İspaniyadakı diplomatik missiyanın da fəaliyyətini dayandıracağı və onun işlərinin İtaliyadakı nümayəndəlik tərəfindən idarə ediləcəyi bildirilir.

Qeyd edək ki, KXDR-in hazırda 159 ölkə ilə rəsmi əlaqələri var, xaricdə üç konsulluq və üç nümayəndəlik də daxil olmaqla 53 diplomatik missiyası mövcuddur.

AzVision.az


Teqlər:





Xəbər lenti