Qazaxıstan və Fransa bəyannamə imzaladılar
Danışıqlar zamanı tərəflər ticarət, iqtisadiyyat və investisiya sahələrində qarşılıqlı fəaliyyətin əhatə dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetiriblər.
“Xammal, kənd təsərrüfatı, nəqliyyat, logistika sektorları, yüngül sənaye, səhiyyə, innovasiyalar, maliyyə sahələrində də yeni layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib”, - deyə mətbuat xidmətindən bildirilib.
Danışıqların yekunu olaraq, həmçinin aşağıdakılar imzalanıb:
Qazaxıstanda Fransa İnkişaf Agentliyi Qrupunun yaradılması və fəaliyyəti haqqında iki ölkə hökumətləri arasında saziş; Qazaxıstanda beynəlxalq (fransız) məktəblərinin yaradılması və respublikanın orta təhsil müəssisələrində fransız dilinin tədrisi haqqında hökumətlərarası saziş; ümumi gücü 1 GVt olan külək elektrik stansiyalarının tikintisi layihəsi üzrə birgə müəssisə haqqında saziş.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: