ABŞ Armitanın dəfnində fəalların həbs edilməsini pisləyib
“Armita Gəravəndin dəfn mərasimində həbs olunanlar arasında tanınmış insan haqları vəkili Nəsrin Sotudə və bir neçə başqa sülh fəalı da var. Birləşmiş Ştatlar xanım Sotudə və hökumət tərəfindən haqsız yerə həbs edilən digər şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir. Bir daha İran hökumətinin öz xalqına qarşı dəhşətli rəftarını, o cümlədən iranlı qadınlara qarşı zorakılıq kampaniyasını pisləyirik. Birləşmiş Ştatlar İranın cəsur xalqının yanındadır və rejimin ölkə daxilində və xaricdə insan haqlarının pozulmasına görə məsuliyyət daşıması üçün beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək” - Miller deyib.
AzVision.az