Makron Tokayevi Sülh Forumuna dəvət edib

   Makron Tokayevi Sülh Forumuna dəvət edib
  01 Noyabr 2023    Oxunub:723
Qazaxıstan lideri Kasım-Jomart Tokayev Fransa prezidenti Emmanuel Makrondan Parisdə keçiriləcək Sülh Forumuna gəlmək üçün dəvət alıb.
“Mən Qazaxıstan lideri Kasım-Jomart Tokayevi 2024-cü ildə Paris Sülh Forumunun fəxri qonağı olmağa dəvət edirəm”, – Makron bildirib.

O, qazaxıstanlı həmkarına ikitərəfli əlaqələri gücləndirdiyinə və Astana ilə Paris arasında münasibətlərin qorunub saxlanmasına görə minnətdarlığını bildirib.

Makron noyabrın 1-də Qazaxıstana rəsmi səfərə gəlib. Onu hava limanında Baş Nazir Əlixan Smailov qarşılayıb. Hökumət başçısı bu səfərin Astana ilə Paris arasında strateji tərəfdaşlığın inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti