Donuz ürəyi köçürülən kişi öldü

   Donuz ürəyi köçürülən kişi öldü
  01 Noyabr 2023    Oxunub:796
Təxminən altı həftə əvvəl donuz ürəyi köçürülən 58 yaşlı Lourens Fosett vəfat edib. Bu barədə Merilend Universitetinin Tibb Mərkəzi məlumat yayıb.
Bu, dünyada ikinci belə əməliyyat idi.

Fosett sağalmaz ürək xəstəliyindən əziyyət çəkirdi. Həkimlər ona geni dəyişdirilmiş donuz ürəyi transplantasiya etmək qərarına gəliblər. Transplantasiya bu il sentyabrın 20-də baş tutub. Əməliyyat kişinin ömrünü təxminən altı həftə uzadıb. Transplantasiyadan sonra o, fizioterapiya ilə məşğul olurdu.

Həkimlərin dediyinə görə, bir neçə gün əvvəl xəstədə ürək çatışmazlığı əlamətləri müşahidə olunub. Bu, transplantasiya edilmiş insan orqanları ilə də baş verir. Həkimlər kişinin həyatını xilas etməyə çalışsalar da, o, oktyabrın 30-da dünyasını dəyişib.

Fosettin həyat yoldaşının sözlərinə görə, onlar kişinin uzun ömür sürə bilməyəcəyini başa düşdülər, lakin bu, başqalarına kömək etmək üçün onun son şansı idi.

Kişi özü də donuz ürəyi ilə bu qədər uzun müddət yaşaya biləcəyini və sonrakı araşdırmalar üçün bu qədər məlumat verə biləcəyini təsəvvür edə bilməzdi.

Qeyd edək ki, Lourens sentyabrın 14-də ürək çatışmazlığının son mərhələsi ilə Merilend Universitetinin Tibb Mərkəzinə gətirilib. Onun ürəyi dayanıb, lakin həkimlər xəstəni reanimasiya ediblər və ona donuz ürəyi köçürülüb. Əməliyyatın ilk ayında hər şey qaydasında olub, kişi yerimə bacarıqlarını bərpa etməyə başlayıbmış.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti