Xəyanətə görə qadına edam, kişiyə isə şallaq cəzası kəsildi

Xəyanətə görə    qadına edam,    kişiyə isə    şallaq cəzası    kəsildi
  01 Noyabr 2023    Oxunub:905
İranda ərini aldadan və yad kişilərlə münasibət quran qadın Tehran vilayətinin cinayət məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.
AzVision.az xəbər verir ki, qadının xəyanətləri ərinin evə kamera çəkdirməsi və xəyanətin təfərrüatlarını öz gözləri ilə görüb məhkəməyə təqdim etməsi ilə üzə çıxıb.

"Bir il əvvəl Tehran sakini polisə şikayət edərək arvadının evdə yad kişi ilə münasibətdə olduğunu deyib. Həmin şəxslə birlikdə hadisə yerinə gedən polis əməkdaşları evə daxil olarkən qadını yad adamla tutublar. Ərini görəndə təəccüblənən qadın hər şeyi inkar edib evdəki şəxsin təmirçi olduğunu söyləyib. Lakin kameralar həqiqəti üzə çıxarıb", - yerli media yazıb.

İş Tehran vilayətinin cinayət məhkəməsinə göndərilib. İstintaqın və məhkəmə iclaslarının sonunda hakimlər qadını ölüm hökmünə, onunla yaxınlıq edən kişini isə, şallaq cəzasına məhkum ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti