Almaniya XİN başçısı Azərbaycana və Ermənistana səfər edəcək

   Almaniya XİN başçısı Azərbaycana və Ermənistana səfər edəcək
  01 Noyabr 2023    Oxunub:914
Almaniyanın xarici işlər naziri Annalena Barbok noyabrn 3-də Ermənistana səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək.

Tərəflərin Cənubi Qafqazdakı durumu da müzakirə edəcəkləri gözlənilir.

O, bir gün sonra, noyabrın 4-də Azərbaycana gələcək.

Səfər çərçivəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması müzakirə olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti