100-dən çox şəxs Qəzzadan Misirə keçib

100-dən çox şəxs Qəzzadan Misirə keçib
  01 Noyabr 2023    Oxunub:681
İkili vətəndaşlığı olan 100-dən çox insan Sinay yarımadasının şimalında yerləşən “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağından Misir ərazisinə keçib.
AzVision.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Bildirilib ki, 110 nəfər Qəzza zolağından Misirə çatıb.

Amma Fələstin anklavından Misirə köçən şəxslərin hansı ölkələrin vətəndaşları olması barədə məlumat verilməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti