Ermənistanın keçmiş Baş nazirinə cinayət işi açılıb

   Ermənistanın keçmiş Baş nazirinə cinayət işi açılıb
  01 Noyabr 2023    Oxunub:840
Ermənistanın keçmiş Baş naziri Qrant Baqratyana qarşı cinayət işi açılıb
AzVision.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında ilk məhkəmə iclasının noyabrın 10-da baş tutacağını bildirib.

Məhkəmə informasiya portalının məlumatına görə, Qrant Baqratyan zorakılığa açıq çağırışlarda ittiham olunur.

Xatırladaq ki, Qrant Baqratyan 1993-1996-cı illərdə Ermənistanın Baş naziri olub.

AzVision.az



Teqlər:





Xəbər lenti