Oktyabrın 31-də Qəzza zolağına humanitar yardımla 59 yük maşını daxil olub

Oktyabrın 31-də Qəzza zolağına humanitar yardımla 59 yük maşını daxil olub
  01 Noyabr 2023    Oxunub:931
Qəzza zolağına 59 yük maşınından ibarət yardım karvanı daxil olub ki, bu da Yaxın Şərqdə münaqişənin gərginləşməsindən bəri ən böyük humanitar yardım sayılır.
AzVision.az -ın məlumatına görə, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Su, ərzaq və dərman vasitəsi ilə Rəfah keçid məntəqəsindən Qəzza zolağına daxil olub.

S.Düjarrik əlavə edib ki, humanitar yardımların tədarükünün bərpasından bu yana Qəzzaya təcili yardım daşıyan 217 yük maşını daxil olub.

AzVision.az



Teqlər:





Xəbər lenti