İtaliyanın Baş nazirinə telefon zarafatı etdilər

İtaliyanın Baş nazirinə telefon zarafatı etdilər
  01 Noyabr 2023    Oxunub:1052
Rusiyalı komediya ustaları Vladimir Kuznetsov və “Vovan&Lexus” kimi tanınan Aleksey Stolyarov İtaliyanın Baş naziri Giorgia Meloniyə telefon zəngi edərək zarafat ediblər.
AzVision.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, rusiyalı komediya aktyorlarından biri telefonda özünü Afrika lideri kimi təqdim edərək Melonini Fransa Prezidenti Emmanuel Makronla münasibətlər və Ukraynadakı müharibə ilə bağlı bəzi açıqlamalar haqda danışdırmağa çalışıb.

İtaliya Prezident Administrasiyası da yazılı açıqlama ilə hadisəni təsdiqləyib.

AzVision.az





Teqlər:





Xəbər lenti