HƏMAS-ın müdafiə xətti yarıldı

   HƏMAS-ın müdafiə xətti yarıldı
  02 Noyabr 2023    Oxunub:800
İsrail hərbçiləri Qəzza zolağının şimalında HƏMAS-ın silahlı qüvvələrinin müdafiə xəttini yarıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari məlumat verib. Onun sözlərinə görə, quru əməliyyatı planlaşdırıldığı kimi davam edir və qoşunlar Qəzza zolağının şimalındadır:

"Kəşfiyyat məlumatları və koordinasiyalı hava, dəniz və quru zərbələri sayəsində qüvvələrimiz Qəzza zolağının şimalında HƏMAS-ın cəbhə xəttinə nüfuz edib".

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. İsrail Müdafiə Ordusu isə əks-hücum həmlələrinə başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti