300 min insan ölümü: Ştaynmayer Tanzaniyadan üzr istədi

      300 min insan ölümü:    Ştaynmayer Tanzaniyadan üzr istədi
  02 Noyabr 2023    Oxunub:1163
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Tanzaniyadan üzr istəyib.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın BBC kanalı məlumat yayıb. Qeyd olunub ki, buna səbəb
Almaniya tərəfindən Tanzaniyada törədilən müstəmləkə cinayətləri, xüsusilə XX əsrin əvvəlində Maci-Maci qiyamı zamanı 300 min insanın qətlə yetirilməsin olub.

Ştaynmayer Maci-Maci qiyamı qurbanlarının nümayəndələri ilə görüşdə deyib: “Almanların sizin əcdadlara qarşı etdiklərinə görə üzr istəyirəm. Baş verənlər bizim ümumi tariximizdir, sizin əcdadlarınızın tarixidir”.

Bundan əvvəl, 2021-ci ildə Almaniya bir əsrdən çox əvvəl Afrikanın cənub-qərbində alman imperiyasının müstəmləkə hakimiyyəti dövründə Namibiyanın yerli xalqları olan herero və namlara qarşı törədilmiş soyqırımı faktını rəsmən tanıyıb.

AzVision.az


Teqlər:





Xəbər lenti