Oktyabrın 7-də ən azı 3 min yaraqlı İsrailə hücum edib

   Oktyabrın 7-də ən azı 3 min yaraqlı İsrailə hücum edib
  02 Noyabr 2023    Oxunub:853
İsrail Müdafiə Qüvvələri (IDF) 7 oktyabr hücumunda Fələstinin radikal Həmas hərəkatından ən azı 3 min yaraqlının iştirak etdiyini müəyyən edib.
Bu barədə “The Times of Israel” yazıb. Ordunun qiymətləndirməsinə görə, ələ keçirilən radikalların dindirilməsi zamanı əldə edilən kəşfiyyat məlumatlarına əsasən aydınlaşıb ki, oktyabrın 7-də səhər saatlarında 3 minə yaxın HƏMAS yaraqlısı İsrail ərazisinə sızıb ki, bu da ilkin hesablamaları xeyli üstələyir.

Əvvəllər hərbçilər təqribən 1500-2000 yaraqlının hücumda iştirak etdiyini, təxminən 1400 mülki şəxsin həlak olduğunu təxmin etmişdilər. Silahlılar həmçinin azı 245 nəfəri girov götürüblər.

İsrail Müdafiə Qüvvələri bildirib ki, döyüşlərin ilk iki günü ərzində İsrail daxilində 1000-ə yaxın yaraqlı öldürülüb, 200-ə yaxını əsir götürülüb. Sərhəd bölgəsində hələ də çoxlu sayda yaraqlının cəsədi var.

AzVision.az


Teqlər:





Xəbər lenti