Cənubi Koreya və Avstraliya Yapon dənizində təlimlər keçirir

Cənubi Koreya və Avstraliya Yapon dənizində təlimlər keçirir
  02 Noyabr 2023    Oxunub:887
Cənubi Koreya və Avstraliya gəmilər, təyyarələr və helikopterlərin iştirakı ilə Yaponiya dənizində Haedori-Wallaby adlı hərbi dəniz təlimi keçirir.
Bu barədə Yonhap agentliyi məlumat yayıb. Manevrlər oktyabrın 31-də başlayıb və noyabrın 3-nə kimi planlaşdırılır. Təlimlər Ulsan şəhəri yaxınlığındakı sularda keçirilir. Təlimin məqsədi birgə əməliyyat imkanlarını və əməkdaşlığı gücləndirməkdir.

Cənubi Koreya Hərbi Dəniz Qüvvələri bildirib ki, hər iki tərəf sualtı qayıqlara qarşı müharibə, hava hücumundan müdafiə, taktiki manevrlər və döyüş sursatlarının atış təlimləri vasitəsilə birgə əməliyyat imkanlarını gücləndirməyi hədəfləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti