HƏMAS 100 qadın və uşaqdan canlı qalxan kimi istifadə edib

   HƏMAS 100 qadın və uşaqdan canlı qalxan kimi istifadə edib
  02 Noyabr 2023    Oxunub:861
Fələstinin radikal HƏMAS hərəkatı Cəbəliyyə bölgəsində İsrail Müdafiə Qüvvələri ilə döyüşlər zamanı 100-ə yaxın qadın və uşaqdan canlı qalxan kimi istifadə edib. Bu barədə İsrailin Ynetnews xəbər portalı məlumat yayıb.
Onun sözlərinə görə, İsrailin Givati ​​piyada briqadasının əsgərləri Qəzza zolağında Cəbəliyyə yaxınlığında HƏMAS-ın 17-ci elit briqadasının bazası uğrunda döyüş zamanı “şokedici vəziyyətin” şahidi olublar.

Ordu sözçüsünün sözlərinə görə, 100-ə yaxın qadın və uşaq silahlılar tərəfindən canlı qalxan rolunu oynamağa məcbur ediliblər.

"Biz yenə də mülki şəxslərdən bu cür kinli və qəddar istifadə halları ilə üzləşə bilərik", - o deyib.

Daha əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari də HƏMAS-ın mülki əhalidən canlı qalxan kimi istifadə etdiyini bildirib və bir daha Qəzza zolağının əhalisini “öz təhlükəsizlikləri üçün” döyüş bölgəsindən təxliyə etməyə çağırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti