Ərdoğan Qazaxıstana gedir

   Ərdoğan Qazaxıstana gedir
  02 Noyabr 2023    Oxunub:713
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə toplantısında iştirak etmək üçün bu gün Qazaxıstana gedir.
Təşkilatın müddətli sədrliyinin Özbəkistandan Qazaxıstana keçəcəyi sammitdə liderlər əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri müzakirə edəcəklər.

Noyabrın 3-də liderlərin aktual qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparacağı sessiyada iştirakçılar qarşısında çıxış edəcək Ərdoğanın liderlərlə ikitərəfli görüşləri də gözlənilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti