Qazaxıstan və Fransa nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək

   Qazaxıstan və Fransa nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək
  02 Noyabr 2023    Oxunub:658
Qazaxıstanın milli nüvə şirkəti “Kazatomprom” və Fransanın “Framatome” şirkəti nüvə yanacaq dövrü sahəsində əməkdaşlıq edəcək.
Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. “Kazatomprom”un İdarə Heyətinin sədri Meirjan Yusupov bildirib ki, “Framatome” strateji əhəmiyyətli tərəfdaşlardan biridir.

"Əminəm ki, birgə əməkdaşlıq bizə nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün yeni perspektivlər açmağa imkan verəcək".

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, Fransa prezidenti Emmanuel Makronun Qazaxıstana səfəri zamanı şirkətlər arasında əməkdaşlıq sazişi imzalanıb. Bu, nüvə yanacaq dövrü sahəsində birgə layihələrin həyata keçirilməsini, həmçinin mütəxəssislərin təhsilini və hazırlanmasını nəzərdə tutur.

AzVision.az


Teqlər:





Xəbər lenti