Rusiya XİN taxıl müqaviləsinin bərpası üçün şərtləri açıqladı
"Qara dəniz təşəbbüsünün bərpası ssenarisinin məqsədəuyğunluğuna gəlincə, Rusiyanın mövqeyi belədir: ilk növbədə yerli kənd təsərrüfatı məhsullarının ixracının normallaşdırılmasına dair Rusiya-BMT memorandumu çərçivəsində tapşırıqları tam yerinə yetirmək lazımdır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, BMT-nin səylərinə baxmayaraq, Moskva tərəfi istehsal və ixracla, o cümlədən bank ödənişləri, sığorta, nəqliyyat logistikası və ehtiyat hissələrinin tədarükü sahələrində iştirak edən Rusiya təsərrüfat subyektlərinə qarşı sanksiyaların aradan qaldırılmasında hələ də irəliləyiş görməyib.
AzVision.az
Teqlər: