Səudiyyə Tacikistanda SES tikintisinə 100 milyon ayırdı

Səudiyyə Tacikistanda SES tikintisinə 100 milyon ayırdı
  02 Noyabr 2023    Oxunub:740
Səudiyyə İnkişaf Fondu Tacikistanda Roqun Su Elektrik Stansiyasının tikintisinə 100 milyon dollar kredit ayıracaq, bu məbləğ fondun 2002-ci ildən ölkəyə ayırdığı bütün vəsaitin 50%-ni təşkil edir.
Bu barədə Səudiyyə Ərəbistanının Düşənbədəki səfiri Valid ibn Abdurahman ər-Rişaydan məlumat verib. Səfir qeyd edib ki, Roqun Su Elektrik Stansiyasının tikintisi layihəsi regionda ən böyük layihədir və təbii ehtiyatlardan, o cümlədən yaşıl enerjidən səmərəli istifadə etməklə ölkənin davamlı inkişafı prosesinə böyük töhfə verir.

Roqun Su Elektrik Stansiyası Düşənbədən 110 km aralıda Vaxş çayı üzərində yerləşir və regionda ən böyük su elektrik stansiyası hesab olunur. Onun tikintisinə 1976-cı ildə başlansa da, SSRİ-nin dağılmasından sonra sökülüb. Daha sonra Tacikistan su elektrik stansiyalarının tikintisi üzrə işləri davam etdirib, layihədə nəzərdə tutulan 600 MVt gücündə altı aqreqatdan ikisi indiyədək işə salınıb. 2008-2021-ci illər ərzində Tacikistanın büdcəsindən və digər mənbələrdən Roqun Su Elektrik Stansiyasının yenidən qurulması, tikintisi və quraşdırılması üçün təxminən 3 milyard dollar ayrılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti