Zirehli maşın minaya düşdü, 8 sülhməramlı yaralanıb

   Zirehli maşın minaya düşdü,    8 sülhməramlı yaralanıb
  02 Noyabr 2023    Oxunub:843
BMT-nin Afrikadakı xüsusi missiyasına məxsus zirehli maşını minaya düşüb. AzVision.az xəbər verir ki, bu barədə BMT-nin Malidəki Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası (MINUSMA) sosial media hesabında məlumat verilib.
Qeyd edilir ki, 8 sülhməramlı yaralanıb.

“Bizim avtomobil karvanındakı zirehli maşın Qaoya (Mərkəzi Malinin şimal-şərqində yerləşən şəhər - red.) gedərkən əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Səkkiz sülhməramlı yaralanıb və onlar Qaoya təxliyə ediliblər”, - məlumatda qeyd edilib.

MINUSMA-nın məlumatına görə bu, missiyanın oktyabrın 31-də yola salınmasından sonra konvoya əldəqayırma partlayıcıdan istifadə edilməklə olan üçüncü hücumdur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Sülhməramlı  





Xəbər lenti