Ermənistanda xüsusi bölmə yaradıldı: Beynəlxalq kommunikasiyaları qoruyacaq

      Ermənistanda xüsusi bölmə yaradıldı:    Beynəlxalq kommunikasiyaları qoruyacaq
  02 Noyabr 2023    Oxunub:987
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) tərkibində ölkə ərazisindən keçən beynəlxalq və regional kommunikasiyaların təhlükəsizliyini təmin edən xüsusi bölmə yaradılıb.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan əlavə edib ki, idarə demək olar ki, artıq hazırdır, onun yaradılması üzərində uzun müddətdir işlər aparılır və artıq tam heyətlə təmin edilib:

"Milli Təhlükəsizlik Xidmətinin tərkibində bölmə yaradılıb, onun funksiyası Ermənistan ərazisindən keçən regional və beynəlxalq kommunikasiyaların təhlükəsizliyini təmin etmək olmalıdır. Nəzərinizə çatdırım ki, bu bölmə artıq yaradılıb”.

AzVision.az


Teqlər:





Xəbər lenti