Mahmud Abbas Rusiyaya gedəcək

   Mahmud Abbas Rusiyaya gedəcək
  02 Noyabr 2023    Oxunub:710
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Fələstin prezidenti Mahmud Abbasın Rusiyaya səfəri gündəmdə qalır, lakin indi dəqiq tarix barədə danışmaq çətindir.
"Biz belə bir səfərin gündəmdə olduğunu dedik. Amma indi məlum səbəblərə görə dəqiq tarix barədə danışmaq çətindir", - Peskov bildirib. Kreml sözçüsü əlavə edib ki, tarix daha sonra razılaşdırılacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti