"İrəvanla Bakı arasında gərginliyi azaldacaq təmasları alqışlayırıq" - Rusiya XİN

   "İrəvanla Bakı arasında gərginliyi azaldacaq təmasları alqışlayırıq"    - Rusiya XİN
  02 Noyabr 2023    Oxunub:1067
"Moskva Ermənistan və Azərbaycan arasında gərginliyin azalmasına səbəb olacaq təmasları alqışlayır".
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tbilisidə Əli Əsədov-Paşinyan-Qaribaşvili görüşünü şərh edərkən deyib.

“Biz Bakı ilə İrəvan arasında gərginlik və ya qıcıqlanmanı aradan qaldırmağa kömək edən istənilən təmasları yalnız alqışlayırıq”, - Zaxarova qeyd edib.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisidə Azərbaycan və Ermənistan baş nazirləri arasında görüş keçirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti