İsrail XİN: Boliviya terrora və İran rejiminə təslim olur

      İsrail XİN:    Boliviya terrora və İran rejiminə təslim olur
  02 Noyabr 2023    Oxunub:903
Boliviya hökumətinin İsraillə diplomatik əlaqələri kəsməsi onun terrora və İran rejiminə sadiqliyini nümayiş etdirir.
AzVision.az xəbər verir ki, İsrailin Xarici İşlər nazirliyinin sözçüsü Lior Haiat Boliviya hökumətinin İsraillə diplomatik əlaqələri kəsəcəyini elan etməsindən bir saat sonra belə bəyanatla çıxış edib. Haiat çıxışında Boliviyanın uşaq və qadınlar da daxil olmaqla 1400 israillini qətlə yetirən HƏMAS-la birləşdiyini vurğulayıb.

Boliviya hökuməti “bu ölkənin Qəzzaya hücumlarına etiraz olaraq” İsraillə diplomatik əlaqələri kəsdiyini açıqlayıb. Bu məsələ İsrail ordusunun Qəzza zolağında Fələstin qaçqınlarının Cəbəliyə düşərgəsinə hücumundan sonra açıqlanıb.

Həmçinin, Çili və Kolumbiya hökumətləri İsraildəki səfirlərini “məsləhətləşmələr” adı ilə geri çağırıblar. Bu ölkələr İsrailin Qəzzaya qarşı mülki insanları da hədəf alan hücumlarını tənqid ediblər.
AzVision.az



Teqlər: İsrail   Boliviya  





Xəbər lenti