Bəhreyn İsraildəki səfirini geri çağırır

   Bəhreyn İsraildəki səfirini geri çağırır
  02 Noyabr 2023    Oxunub:1156
Bəhreyn hökuməti İsrailin Qəzza zolağındakı hərəkətləri fonunda Fələstin xalqına dəstək nümayişi olaraq İsraildəki səfirini geri çağırmaq və yəhudi dövləti ilə iqtisadi əlaqələri dayandırmaq qərarına gəlib.
Bu barədə Bəhreynin Deputatlar Palatasının (parlamentin aşağı palatası) bəyanatında deyilir.

"Deputatlar Palatası İsrailin Bəhreyndəki səfirinin krallığı tərk etdiyini təsdiqləyir və Bəhreyn krallığın İsraildəki səfirini ölkəyə qaytarmaq qərarına gəlib. İsraillə iqtisadi əlaqələr də dayandırılıb",- Krallığın Deputatlar Palatasının saytında dərc edilmiş bəyanatda deyilir.

Qeyd edək ki, İsrail də Yaxın Şərqdəki bəzi səfirlikləri, o cümlədən Bəhreynin paytaxtı Manamadakı səfirliyini bağlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti