Ermənistan parlamentinin sədr müavini: “Anklavlar” məsələsi müzakirə olunur"

      Ermənistan parlamentinin sədr müavini:    “Anklavlar” məsələsi müzakirə olunur"
  02 Noyabr 2023    Oxunub:852
"“Anklavlar” haqqında çox danışılıb. Bildirilib ki, əgər hüquqi əsası varsa, ikitərəfli razılaşmalarda qeydiyyata və xəritəyə alınıbsa, Ermənistan və Azərbaycan sərhədlərinn delimitasiya və demarkasiyası çərçivəsində müzakirə ediləcək”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan deyib.

“Biz deyirik ki, delimitasiya və demarkasiyanın hüquqi bazası dəqiqləşdirilir, sülh müqaviləsi imzalanır və proseslər başlayır. Rəqəmlər ən son sovet ensiklopediyasından götürülüb. Hər iki tərəfin istifadə edə biləcəyi kartlar var. Yəni hər hansı qaranlıq otaqlar və ya qaranlıq künclər axtarmağa ehtiyac yoxdur".

A.Arşakyan qeyd edib ki, danışıqların davam etdirilməsinə imkan vermək lazımdır: "Ermənistan və Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsinə aydınlıq gətirməli və bunu yazılı şəkildə qəbul etməlidir”.

AzVision.az


Teqlər:





Xəbər lenti