Baş qərargah rəisi: "İsrail hərbçiləri Qəzza şəhərini mühasirəyə alıb"

      Baş qərargah rəisi:    "İsrail hərbçiləri Qəzza şəhərini mühasirəyə alıb"
  02 Noyabr 2023    Oxunub:898
İsrail hərbçiləri Qəzza şəhəri daxilində əməliyyat apararaq onu bir neçə istiqamətdən mühasirəyə almağa başlayıb.
AzVision.az "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi bildirib.

"Mən necə irəliləyiş əldə etdiyimizi görürəm. Biz çox çətin vəziyyətdə, sıx məskunlaşma olan ərazidə döyüşmək məcburiyyətindəyik”, - deyə Halevi bildirib.

Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkə biləcəyi barədə xəbərdarlıq edib və qələbəyə inandığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti