Ukrayna və Türkiyə XİN liderləri taxıl ixracını müzakirə ediblər

   Ukrayna və Türkiyə XİN liderləri taxıl ixracını müzakirə ediblər
  02 Noyabr 2023    Oxunub:1028
Ukrayna və Türkiyənin xarici işlər nazirləri Ukrayna taxılının dünya bazarlarına çıxarılmasını müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba X sosial şəbəkəsindəki hesabında məlumat verib.

Kuleba Berlində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

“Biz diqqətimizi Qara dəniz bölgəsindəki təhlükəsizlik vəziyyətinə yönəltmişik”, - Kuleba əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti