Rusiya Qafanda baş konsulluğun açılmasını təsdiqlədi

   Rusiya Qafanda baş konsulluğun açılmasını təsdiqlədi
  02 Noyabr 2023    Oxunub:1148
Rusiya hökuməti Ermənistanın Qafan şəhərində baş konsulluğunun açılması ilə bağlı razılaşmanı təsdiqləyib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin qərarı imzalayıb, sənəd dərc olunub.

Rusiyanın Qafandakı baş nonsulluğu Ermənistanda ikinci olacaq. Birincisi Gümrüdədir.

Eyni zamanda, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota mübadiləsi aparmaq tapşırılıb. Zəruri hallarda nota layihəsinə əsas xarakterli olmayan dəyişikliklərin edilməsinə icazə verilir.

AzVision.az


Teqlər:





Xəbər lenti