ABŞ Ukraynaya 425 milyon dollarlıq yeni yardım ayıracaq

ABŞ Ukraynaya 425 milyon dollarlıq yeni yardım ayıracaq
  02 Noyabr 2023    Oxunub:1904
ABŞ administrasiyası noyabrın 3-də Ukraynaya 425 milyon dollar dəyərində yeni hərbi yardım paketinin ayrılmasını elan etmək niyyətindədir
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ-dakı hərbi mənbələrə istinadən məlumat yayıb.

Paketə pilotsuz uçuş aparatlarını məhv etmək üçün 300 milyon dollar dəyərində lazerlə idarə olunan sursatlarln daxil edilməsi planlaşdırılır.

Kiyev həmçinin 125 milyon dollar dəyərində NASAMS hava hücumundan müdafiə sistemləri və HIMARS çoxsaylı buraxılış raket sistemləri, 105 mm və 155 mm-lik artilleriya mərmiləri, TOW tank əleyhinə raket sistemləri, piyada əleyhinə minalar və onlarla yük maşını üçün döyüş sursatı alacaq. Agentlik qeyd edir ki, paketə əlavə ATACMS taktiki raketləri daxil olmayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti