ABŞ-da ilk: Baş Qərargah rəisi qadın oldu

      ABŞ-da ilk:    Baş Qərargah rəisi qadın oldu
  03 Noyabr 2023    Oxunub:886
ABŞ Senatı ölkə tarixində ilk dəfə olaraq Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə qadını - admiral Liza Françetti təyin edib.
Admiral Liza Françetti eyni zamanda Birləşmiş Ştatlarda Birləşmiş Qərargah Rəislərində xidmət edən ilk qadın olub. General Devid Elvin isə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib. Hər iki hərbçinin namizədliyini 95 senator dəstəkləyib, 1-i əleyhinə çıxıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti kimi Françetti 2020-ci ildən 2022-ci ilə qədər Birləşmiş Qərargahda Strategiya, Planlar və Siyasət direktoru, 2020-ci ildə Hərbi İnkişaf üzrə Dəniz Əməliyyatları rəisinin ikinci müavini və 2018-2020-ci illərdə ABŞ Altıncı Donanmasının Komandanı vəzifələrində çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti