Stalinin Moskvadakı malikanəsi satılıb

Stalinin Moskvadakı malikanəsi satılıb
  03 Noyabr 2023    Oxunub:942
Ötən əsrin 30-cu illərində İosif Stalinin Rusiyanın Moskva vilayətinin Mıtişi rayonunda yaşadığı “Lipki-Alekseevskoye” malikanəsi 403,5 milyon rubla satılıb.
Hərracda yeganə iştirakçı “Krasnodar MMC Consulting and Law” şirkəti olub, o, əmlakı ilkin qiymətə alıb. Lotun qiymətinə həmçinin 38 hektar ərazi və ümumi sahəsi 3,8 min kv.m olan daşınmaz əmlak da daxildir.

Qeyd edək ki, mülk 19-cu əsrdə Moskva vilayətinin Mıtişi rayonunda inşa edilib. İosif Stalin sözügedən malikanədə 1932-1934-cü illərdə yaşayıb.

Sonrakı onilliklərdə obyekt dövlət daçası kimi istifadə edilib. 1989-cu ildə isə bu ərazidə ağır xəstəlikləri olan uşaqlar üçün reabilitasiya mərkəzi yerləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti