Yeni Zelandiya hökumətini üç partiya formalaşdıracaq

Yeni Zelandiya hökumətini üç partiya formalaşdıracaq
  03 Noyabr 2023    Oxunub:903
Yeni Zelandiyada parlament seçkilərində bütün bülletenlərin emalının nəticələrinə əsasən, ölkənin Milli Partiyası və ACT koalisiyası qanunverici orqanda yerlərin əksəriyyətini ala bilməyib.
Nəticədə, hökumət üçüncü qüvvənin - Yeni Zelandiya Birinci partiyasının iştirakı ilə formalaşacaq. Milli Partiya 38,06% səs (parlamentdə 48 yer), ACT partiyası isə 8,64% (11 yer) toplayıb. Onlar səsvermədə çoxluğu (122 deputatdan 62-si) qazanmaq üçün Yeni Zelandiya Birinci partiyası ilə güclərini birləşdirməli olacaqlar.

Yeni Zelandiya Birinci partiyası seçkilərdə 6,08% səs toplayıb ki, bu da 8 mandatdır. Analitiklər yaxın günlərdə koalisiyanın yaradılması ilə bağlı danışıqların aparılacağını düşünürlər.

AzVision.az


Teqlər:





Xəbər lenti