Quterriş İranda edamların sayının artmasını tənqid edib

   Quterriş İranda edamların sayının artmasını tənqid edib
  03 Noyabr 2023    Oxunub:1212
BMT-nin Baş katibi Antonio Qutteriş İranda ölüm hökmlərinin icrasının “narahatedici sürəti”, hökumətin kiberməkanla bağlı açıqlamaları və məcburi hicaba qarşı çıxan aktrisalara münasibətdə məhkəmə qərarlarının verilməsi barədə xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, BMT Baş Assambleyasının son hesabatında bu ilin ilk 7 ayında İranın məhkəmə sisteminin hökmləri əsasında 419 nəfər edam olunduğu bildirilir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% artım çoxdur.

Quterreş, həmçinin Məhsa Əminin ölümündən sonra başlayan ümummilli “Qadın Həyat, Azadlıq” etirazlarında iştirak etdiklərinə görə yeddi kişinin edam edildiyini açıqlayıb.

“Yeddi işin hamısında BMT-nin İnsan Hüquqları idarəsinə daxil olan məlumat məhkəmə prosesinin beynəlxalq insan haqları əsasında lazımi proses və ədalətli mühakimə tələblərinə cavab vermədiyini ardıcıl olaraq nümayiş etdirdi. Müttəhimlər öz seçdikləri vəkillə adekvat və vaxtında görüş imkanından dəfələrlə məhrum olunub və işgəncə nəticəsində əldə edilmiş məcburi etiraflar da göz önündədir”, - Quterriş deyib.

BMT-nin Baş katibi, həmçinin cari ilin yeddi ayı ərzində edam edilənlərin yarısından çoxunun - 239 nəfərin narkotiklə əlaqəli cinayətlərə görə ölüm cəzasına məhkum olunduğunu və bunun da keçən ilin müvafiq dövrü ilə müqayisədə 98% artdığını bildrib.

Quterreş, xüsusilə də İranda baş verən son ümummilli etirazlar kontekstində insan haqlarının pozuntulması ilə bağlı “şəffaf və müstəqil araşdırmaların olmamasından” dərin narahatlığını ifadə edib. Onun sözlərinə görə, vəkillərin davamlı hədəfə alınması həm də keçmiş və indiki qanunsuzluqlara görə məsuliyyətin qarşısını alır.

BMT-nin Baş katibi qurumun insan hüquqları orqanına daxil olan məlumatlara əsasən, 2022-ci il sentyabrın 17-dən 2023-cü il fevralın 8-dək nümayişlərdə iştiraka görə İranda 20 minə yaxın insanın həbs edildiyini diqqətə çatdırıb.

Tehran etirazlar zamanı həbs olunan ən azı 22 min nəfərin əfv edildiyini bildirsə də, saxlanılanaların sayını dəqiqləşdirmək çətindir.
AzVision.az


Teqlər: Qutteriş   İran  





Xəbər lenti