ABŞ Qəzzada girovları axtarmaq üçün PUA-lardan istifadə edir

   ABŞ Qəzzada girovları axtarmaq üçün PUA-lardan istifadə edir
  03 Noyabr 2023    Oxunub:888
ABŞ Qəzza zolağında radikal Həmas hərəkatının saxladığı girovları axtarmaq üçün kəşfiyyat pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir. Bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, bu üsulla girovların axtarışı azı bir həftədir ki, davam edir. Reuters yazır ki, ABŞ administrasiyası HƏMAS yaraqlılarının İsrailə daxil olmasından sonra itkin düşdüyü bildirilən 10 Amerika vətəndaşının radikal Fələstin hərəkatının yaraqlıları tərəfindən saxlanılan 200-dən çox girovlar arasında ola biləcəyinə inanır.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi daha əvvəl bildirib ki, ABŞ Fələstin-İsrail münaqişəsi zonasında hərbi əməliyyatlarda bir sıra fasilələrin təmin edilməsinin tərəfdarıdır.

Onun sözlərinə görə, bu, Qəzza zolağına humanitar yardımın çatdırılması və insanların, o cümlədən girovların təhlükəsiz çıxarılmasını təmin etmək üçün lazımdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti