"Rusiya ilə münasibətlərdə müəyyən problemlər var" - Mirzoyan
“Biz əminik ki, rusiyalı tərəfdaşlarımızı təəccübləndirən şey müxtəlif mediada gördüyümüz siyasətin nəticəsidir. Bizim konstruktiv şəraitdə problemləri anlamaq, həll etmək və dostluq və əməkdaşlıq ruhunda irəliləməkdən başqa mövqeyimiz yoxdur”, - deyə Mirzoyan bildirib.
Eyni zamanda, nazirin sözlərinə görə, bu proses təkcə bir tərəfdən asılı deyil. Buna baxmayaraq, Ermənistan çoxsaylı əlaqələri olan Rusiya ilə münasibətlərini inkişaf etdirməyə davam edəcək.
Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermakın görüşünü nümayişkaranə anti-Rusiya addımı adlandırıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: