İt dişləyən erməni qadın öldü

İt dişləyən erməni qadın öldü
  03 Noyabr 2023    Oxunub:1021
Ermənistanda qadını sahibsiz it dişlədiyi üçün ölüb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd olunur ki, hadisə Armavir rayonunun Merdzavan kəndində baş verib.
"76 yaşlı Susanna P. vəziyyəti kəskin şəkildə pisləşdiyi üçün yerli poliklinikaya aparılıb. Qadını xilas etmək mümkün olmayıb.

Xəstəxanaya gələn hüquq-mühafizə orqanları vətəndaşın ölümünü qeydə alıblar və məhkəmə-tibbi ekspertizası təyin edilib", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İt  





Xəbər lenti