İranda narkoloji xəstəxanada yanğın: 32 nəfər ölüb

   İranda narkoloji xəstəxanada yanğın:    32 nəfər ölüb
  03 Noyabr 2023    Oxunub:1247
İranın şimalındakı Gilan əyalətinin Lengerud şəhərində narkoloji xəstəxanada baş verən yanğın nəticəsində 32 nəfər ölüb.
AzVision.az Mehr Agentliyinə istinadən xəbər verir ki, bu barədə əyalət qubernatorunun siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə müavini Məhəmməd Calai məlumat verib. O qeyd edib ki, yanğın zamanı daha 16 nəfər yaralanıb.

Qubernator müavini yanğının səhər saat 6-da başladığı və baş vermə səbəblərinin araşdırıldığını vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti