HƏMAS əsirlərin mübadiləsində tam kompromisə getməyə hazırdır

   HƏMAS əsirlərin mübadiləsində tam kompromisə getməyə hazırdır
  03 Noyabr 2023    Oxunub:922
Fələstinin radikal HƏMAS hərəkatı İsraillə əsir mübadiləsi məsələsində “tam kompromis”ə hazırdır. Bunu NBC News telekanalına müsahibəsində hərəkat rəhbərliyinin nümayəndəsi Qazi Həməd deyib.
“Biz istəyirik ki, bu insanlar evlərinə getsinlər. Biz də məhbuslarımızın indi evlərinə qayıtmasını istəyirik.

Ona görə də hesab edirəm ki, biz indi tam kompromis əldə etməyə, bütün girovların, istər hərbçilərin, istərsə də mülki şəxslərin azad edilməsinə dair sazişin bağlanmasına və İsraildəki həbs mərkəzlərindən bütün məhbusların azad edilməsinə hazırıq”, - deyə o bildirib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti