Keçmiş BMT rəsmisi: "ABŞ İsraillə bağlı beynəlxalq araşdırmalara mane olacaq"

   Keçmiş BMT rəsmisi:  "ABŞ İsraillə bağlı beynəlxalq araşdırmalara mane olacaq"
  03 Noyabr 2023    Oxunub:1032
"Qərb dövlətləri, o cümlədən ABŞ İsrail ordusunun ağ fosforlu sursatdan mümkün istifadəsinə dair araşdırmanın qarşısını almağa çalışacaq".
Bu fikirlər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Nyu-York ofisinin keçmiş direktoru Kreyq Moxayberin Rusiya mediasına verdiyi müsahibədəndir.

Bild: İran İsrailin HƏMAS-la müharibəsində ikinci cəbhə açır
Moxayberin sözlərinə görə, İsrailin iddia edilən hərbi cinayətlərinə dair sübutlar ortaya qoyulandan sonra, mütləq beynəlxalq araşdırma aparılacaq. Lakin yəhudi dövləti araşdırmaların başlanmasının qarşısını almaq üçün əlindən gələni edəcək.

"Həmçinin güclü Qərb dövlətlərinin, xüsusən də ABŞ-ın, əvvəlki araşdırmalarda olduğu kimi, buna da mane olmağa çalışacaqlarını gözləmək olar", - o qeyd edib.

Bununla belə, Moxayber əminliyini ifadə edib ki, məlum məsələlərlə bağlı bu və ya digər şəkildə istintaq işləri aparılacaq. Bundan sonra isə əsl həqiqətlər üzə çıxacaq.

Amma keçmiş BMT rəsmisi hesab edir ki, həqiqətlər üzə çıxsa belə, ABŞ-ın Təhlükəsizlik Şurasında quracağı müdafiə sayəsində kiminsə cinayətlərə görə məsuliyyətə cəlb olunması ehtimalı az olacaq.

Xatırladaq ki, Kreyq Moxayber təşkilatın Fələstin-İsrail münaqişəsinin həllinə yanaşması ilə razılaşmadığı üçün noyabrın 1-də BMT-dən istefa verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   BMT   İsrail   ABŞ  





Xəbər lenti